Dalaşan yeniyetmə qızlar valideynləri ilə birlikdə polisə çağırıldı

img

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.

DİN Mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, görüntüdə əks olunan azyaşlıların şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.

Xəbəri paylaş: