OPEC+ neft hasilatını kəskin artırır

img

OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatı yay aylarında neft hasilatını ciddi şəkildə artıracaq.

 

Rezonans.az xəbər verir ki, bu barədə qərar OPEC+ nazirlərinin 29-cu iclasında qəbul olunub.

 

Videoformatda keçirilən iclasda iyul və avqust aylarında gündəlik əlavə hasilatın 650 min barrel təşkil ediləcəyi razılaşdırılıb. İyun ayı üçün bu göstərici 430 min barrel təşkil edir.

 

Qeyd edək ki, OPEC+ bu qərarı mühüm iqtisadi məkanlarda pandemiyaya görə tətbiq edilən lokdaunların aradan qaldırılması və neftayırma zavodlarının mövsümi tələbatının artımı ilə izah edib.

Xəbəri paylaş: