"Qazprom"a qarşı 400 milyon avroluq təzminat tələbi

img

Bolqarıstanın dövlət qazpaylayıcı şirkəti “Bulgargaz” Rusiyanın enerji şirkəti “Qazprom”u məhkəməyə verib. 

Rezonans.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Şirkət qaz təchizatının 2022-ci ildə dayandırılmasına görə 400 milyon avro təzminat tələb edib. “Bulgargaz”ın açıqlamasına görə, iddia iyulun 8-də Paris Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinə təqdim edilib.

Xəbəri paylaş: