"İnsan hüquqları” ixtisaslaşması üzrə dissertasiya işləri müdafiəyə təqdim olunub

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış Elmi Şuraya sədrlik edib.Müdafiə prosesində beş magistrantın dissertasiya işləri müdafiəyə təqdim olunub.


Rezonans.az xəbər verir ki, məruzələrdən sonra Ombudsman və Şura üzvləri tərəfindən magistrantlara suallar verilib, rəy və mülahizələr oxunub, eyni zamanda, mövzu üzrə praktiki məsələlərin müzakirəsi aparılıb.


Yekunda dissertasiya işləri yüksək qiymətləndirilib və magistrantların müdafiəsi başa çatıb. Müvəkkil magistrantların hər birini təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbəri paylaş: