İran prezidentinin andiçmə mərasimiiyulun 30-da baş tutacaq.
Rezonans.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Məsud Pezeşkianın andiçmə mərasimi avqustun 9-da İslam Şurasında baş tutacaq", - deyə İran parlamentinin Rəyasət Heyətinin üzvü Müctəba Yusefi deyib.
İran İslam Respublikasının yeni prezidenti iyulun 5-də keçirilən növbədənkənar seçkilərin ikinci turunda qalib gəlib. Keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian təxminən 53,6 faiz səs toplayaraq İranın 9-cu prezidenti olub.