Aİ Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqlədi

img

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.

Rezonans.az xəbər verir ki, bu barədə "RİA Novosti"nin məlumatında deyilir.

Qeyd olunub ki, yeni sanksiyalara bunlar daxildir: 

— Aİ ölkələrinin altı ay ərzində Rusiyadan neft idxalından, neft məhsulları səkkiz ay müddətində imtina etməsi;

 — Boru kəməri ilə tədarüklər üçün müvəqqəti istisna olmaqla, Rusiyadan dəniz yolu ilə daşınan neftin mərhələli şəkildə dayandırılması;

 —Sberbank, Rosselxozbank və Moskva Kredit Bankının SWIFT-dən ayrılması;

 — Rusiya RTR/RTR Planet, Russia 24, TV Center-International telekanallarının Avropada yayımına qadağa; 

Xəbəri paylaş: