Bakı-İstanbul reysini yerinə yetirən təyyarə Bakıya qayıtdı

img

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Rezonans.az xəbər verir ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. 

Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.

Xəbəri paylaş: