Bu məktəbdə 60 min manatlıq yeyinti aşkarlandı

img

Masallı rayonu Babaser kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Masallı rayon prokurorluğundan Rezonans.az-a bildirilib ki, araşdırma zamanı qeyd olunan təhsil müəssisəsinin vəzifəli şəxs(lər)i tərəfindən 2018-2023-cü tədris illərində evdə təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan dərs saatlarına görə və faktiki olaraq işə gəlməyən işçilərə əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə ümumilikdə 60 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Masallı rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbəri paylaş: