Mediatorlar Özbəkistanda səfərdədirlər

img

Mediatorlar Özbəkistan Respublikasının Mübahisələrin həlli mərkəzində olublar.


Rezonans.az xəbər verir ki, mərkəzin rəhbəri Diyorbek Kimsanov Türk Dünyası Mediatorlar Birliyi və Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndə heyətini mərkəzdə qəbul etməkdən məmnun olduğunu qeyd edib və mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat verib.


Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel və Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov mediasiya sahəsində aparılan islahatlar barədə məlumat verib. Bakı 8 saylı mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd isə Azərbaycanda fəaliyyət göstərən təşkilatlardan söz açıb.

Xəbəri paylaş: