Bulvarda batma təhlükəsi ilə üzləşən qadın xilas edildi - VİDEO

img

Bulvarda batma təhlükəsi ilə üzləşən qadın xilas edilib.

Bu barədə Rezonans.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1988-ci il təvəllüdlü E.Şükürova dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 


Xəbəri paylaş: