Beyləqanda 5 otaqlı ev yandı

img

Beyləqan rayonunda evdə yanğın olub.

Bu barədə Rezonans.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, rayonun Bünyadlı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: