Həmin gün Ərdoğanın təyyarəsi vurula bilərdi - Türkiyədə çevriliş cəhdindən 8 il ötür

img

Türkiyədə FETÖ-nün 15 iyul dövlət çevrilişinə cəhdindən 8 il ötür. 

Rezonans.az xəbər verir ki, FETÖ-nün 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdi Bakı vaxtı ilə saat 23:00 radələrində Baş Qərargahda silah səslərinin eşidilməsi və İstanbulda Boğaziçi körpülərinin bağlanması ilə ictimaiyyətə məlum olub. 

Bundan sonra polis və hərbçilər çevrilişçilərə qarşı mübarizəyə aşlayıb. Prezident Ərdoğan saat 01.26-da xalqı meydanlara çağırıb. 

Çevriliş cəhdi iflasa uğradı və səhər saatlarında demokratiyanın qələbəsi ilə başa çatdı. 

Həmin gün baş verənləri xronoloji ardıcıllıqla təqdim edirik: 

- 23.00: Baş Qərargahda atəş səsləri eşidilib və ələ keçirilmiş helikopter atəş açıb. İstanbulda Boğaziçi körpüləri bir qrup əsgər tərəfindən keçidə bağlanıb.

- 00.05: Baş nazir Binəli Yıldırım televiziya kanalına çıxaraq çevrilişə cəhd olduğunu bildirib.

- 01.13: TRT-ni tutan çevrilişçi əsgərlər, pirat çevriliş bəyannaməsini elan edib. 

- 01.26: Prezident Rəcəb Tayyib Ərdoğan CNN TÜRK-də canlı yayıma çıxıb və xalqı meydanlara dəvət edib.

- 02.01: Ankara Polis İdarəsi döyüş təyyarələri və helikopterlərin hücumuna məruz qalıb.

- 02.43: Prezident Ərdoğan Dalamandan Atatürk Hava Limanına hərəkət etdi. Dövlət başçısının Marmarisi tərk etdiyini öyrənən çevrilişçilər də hərəkətə keçib. Bomba yüklü F-16-lar prezidentin getdiyi təyyarəni vurmaq üçün havaya qalxıb.

- 03.00: Çevrilişə cəhd edən əsgərlər saxlanılmağa başlayıb.

03.14: Diyarbəkirdən qırmızı beret geyinmiş əsgər batalyonu ilə havaya qalxan çevrilişçi briqada generalı Semih Terzi Astsubay Ömər Halisdemir tərəfindən güllələnib.

- 03.20: Çevrilişçilər havadan Gölbaşı Xüsusi Əməliyyat İdarəsi və TÜRKSAT-ı hədəfə aldılar.

- 03.42: Türkiyə Böyük Millət Məclisinə atılan bomba nəticəsində bəzi polislər və millət vəkilləri yaralanıb.

- 04.00: TRT yenidən normal yayıma qayıdıb. TRT Baş İdarəsi binasını ələ keçirməyə cəhd edən FETÖ-çü əsgərlər saxlanılıb.

- 04.20: Prezident Ərdoğan İstanbula getdi.

- 05.00: Ankara Respublika Baş Prokurorluğu çevrilişə cəhd edən FETÖ-yə bağlı ədliyyə məmurları və qondarma “Evdə Sülh Komitəsi”nin üzvü olan əsgərlər haqqında həbs qərarı çıxarıb.

- 07.52: 1-ci Ordu Komandanı, ordu generalı Ümit Dündar Baş Qərargah rəisi vəzifəsini icra edən təyin edilib.

- 08.50: FETÖ üzvü olan 29 polkovnik və 5 general vəzifələrindən uzaqlaşdırılıb.

- 09.32: Ankara Akıncı 4-cü Əsas Jet Baza Komandanlığına qarşı əməliyyat keçirilib. Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar xilas edilib.

- 09.36 Jandarma Baş Komandanlığı xüsusi hərəkat polisi tərəfindən ələ keçirildi.

- 10.40: Baş Qərargahı tərk edən 200-ə yaxın silahsız sıravi və astsubay polisə təslim olub. Keçmiş Hərbi Hava Qüvvələri komandanı general Akın Öztürk və Təlim və Doktrina Komandanlığı Rabitə və Dəstək Təlim komandiri general-leytenant Metin İyidilə qarşı vətənə xəyanət ittihamı ilə cinayət işi başlanıb.

- 21.02: Ankara Akıncı 4-cü Əsas Jet Bazasında əməliyyat başa çatıb.

- 22.57: Ankara Respublika Baş Prokurorluğu bütün yüksək cinayət baş prokurorluqlarına məktub göndərərək, inzibati və məhkəmə sistemində çalışan, "eyni təşkilatın üzvü sayılan" ümumilikdə 2745 hakim və prokurorun həbs edilməsini istəyib. 

Xəbəri paylaş: