Baş Prokurorluq Masallıda konfrans keçirəcək

img

Baş Prokurorluq Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirəcək.

Bu barədə Rezonans.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Konfrans iyulun 18-də 10-a yaxın regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə təşkil ediləcək.

Tədbirdə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq, eyni gündə Masallı rayon prokurorluğunda “Açıq qapı” günü də olacaq.

Xatırladaq ki, bu günə kimi Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfrans keçirilib.

Xəbəri paylaş: