Çıxılmaz vəziyyətdə qalan azyaşlı xilas edilib

img

Gəncədə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

Rezonans.az xəbər verir ki, FHN-in “112” qaynar xəttinə Tağı Arani küçəsində azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş xiıasetmə tədbirləri nəticəsində ayağı yaşayış binasının divarı ilə metal boru arasında sıxılıb qalan 2015-ci il təvəllüdlü azyaşlı xilas edilib.

Xəbəri paylaş: