İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə iki qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Rezonans.az-a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.