NASA insanları Yupiter ətrafında səfərə dəvət etdi

img

NASA Yupiterin daha yaxından mənzərəsinin görüntüsünü paylaşıb.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, kadrlar ABŞ kosmik agentliyinin “Instagram” hesabında paylaşılıb.

 

“Yunona missiyası ilə səfərə çıxın”, - deyə şərh yazılan kadrlarda kosmik aparatın Yupiter ətrafında dövrü qeydə alınıb.

 

Məlumatda deyilir ki, uçuş bu il aprelin 9-da baş tutub. Bu zaman ən yaxın yaxınlaşma nöqtəsi Yupiterin rəngli bulud zirvələrindən bir qədər çox - 3300 kilometr hündürlükdə olub. Kosmik gəminin saatda təxminən 2 10 000 kilometr sürətlə hərəkət etdiyi vurğulanıb.

 

Kadrlar sosial şəbəkədə böyük rəğbətlə qarşılanıb.

Xəbəri paylaş: