Bakının daha bir rayonunda qaz olmayacaq

img

Nəsimi rayonu, Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə iyulun 16-sı saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Rezonans.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbəri paylaş: