Təcili tibbi yardımın nə zaman çağırışa getmədiyi açıqlanıb.
Bu barədə Rezonans.az-a Təcili və Təxirəsalınmaz Tibbi Xidmətdən məlumat verilib.
Belə ki, aşağıdakı hallar olduqda təcili tibbi yardım çağırışa gəlmir:
1. Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə prosedurların aparılması (inyeksiya, vena daxili infuziya ("sistemin köçürülməsi"), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi;
2. Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (ekg çəkilməsi) aparılması;
3. Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi, təyin etdiyi tibb müəssisəsinə təxliyə olunması;
4. Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması
5. Vəfat etmiş şəxsin daşınması;
6. Stomatoloji yardımın göstərilməsi;
7. Müayinə məqsədilə gündəlik olaraq şəkərin, arterial təzyiqin və saturasiyanın ölçülməsi.