
Havanada güclü tufan iki nəfərin həyatına son qoyub, azı qırx yaşayış binasına ziyan dəyib.
Rezonans.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 400-ə yaxın paytaxt sakini təbii fəlakət zonalarından təxliyə edilib, 2 minə yaxın insan təhlükəli əraziləri özbaşına tərk edib.
Havananın bir sıra rayonlarının, əsasən də mərkəzi hissəsinin sakinləri sosial şəbəkələrdə leysan yağışların səbəb olduğu daşqınlardan şəhərin ciddi şəkildə zərər çəkdiyini bildirirlər.