Mediatorlar Qazaxıstanın Beynəlxalq Hüquq Müdafiə Təşkilatının Mediasiya və Arbitraj Mərkəzində olub

img

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Qazaxıstana səfər edib. Bu səfər zamanı nümayəndə heyəti müxtəlif mediasiya mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olub və bir çox vacib görüşlər keçirilib.


Rezonans.az xəbər verir ki, bu görüşlər zamanı qonaqlara mərkəzlərin fəaliyyəti, arbitraj və mediasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, təcrübə mübadiləsi aparılıb və uğurlu nailiyyətlər barədə fikirlər bölüşülüb. Görüşlərdə mediasiya və arbitrajın inkişafına dair vacib məsələlər müzakirə edilib və gələcək əməkdaşlıq perspektivləri haqqında danışılıb.


Bu səfər, Azərbaycan mediasiya sisteminin inkişafı üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir və gələcəkdə digər ölkələrdə də bu sahədə təcrübə mübadiləsi imkanlarının artmasına töhfə verəcəkdir.

Xəbəri paylaş: