Çilidə güclü zəlzələ oldu

img

Çilidə 7,3 maqnitudalı zəlzələ baş verib.

Rezonans.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Qeyd olunub ki, yeraltı təkanların episentri ölkənin şimalındakı San-Pedro-de-Atakama qəsəbəsindən (əhali: 2 min nəfər) 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xəbəri paylaş: