
Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib.
Bu fikri dövlət başçısı cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.
Bu il Azərbaycanda dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirilib. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il istifadəyə veriləcək bu iki stansiya böyük prosesin əvvəlidir. Prezident İlham Əliyevin dediyi ki, ölkəmiz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir. Araşdırmalar da göstərir ki, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. Bundan əlavə İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğu hesab edilir.
Nahid Namazov
Göygöl RİHB-nın Qızılca kənd İƏD üzrə nümayəndənin müavini