Qaradağda DƏHŞƏT: Anasını öldürən oğul polisə təslim oldu

img

İyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Rezonans.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu — 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib.

Araşdırma aparılır.

Xəbəri paylaş: