Ruslar Kiyevi Xəzərdən vurdular

img

Bu gün səhər saatlarında Rusiya qüvvələri Xəzər dənizindən Kiyevə bir neçə raket zərbəsi endirib.

 

Rezonans.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

 

İlkin məlumatlara görə, ruslar Xəzər dənizindəki Tu-95 təyyarələrindən Kiyevə raket atıblar.

 

“Bu gün, iyunun 5-də səhər saatlarında düşmən Kiyev istiqamətində bir neçə raket atıb. Saat 06:00 radələrində “Mərkəz” hava komandanlığının zenit-raket qoşunlarının bölməsinin hərbçiləri aşkar edilərək atəşə tutulub, bir qanadlı raket məhv edilib”, - məlumatda qeyd olunub.

Xəbəri paylaş: