Nəzrin Adıgözəlzadə yayılan görüntülərlə bağlı münasibət bildirib ÖZƏL

img

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi bəzi sosial şəbəkələrdə əməkdaşları barədə yayılan görüntülərlə bağlı açıqlama yayıb.


Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin sözçüsü Nəzrin Adıgözəlzadə   Rezonans.az-a açıqlamasında bildirib ki, təcili tibbi yardımın işi xəstəyə ilkin tibbi yardım göstərmək və lazım gəldikdə isə onu xəstəxanaya hospitalizasiya etməkdir. Xəstənin çimizdirilməsi təcili tibbi yardımın profilinə daxil deyil.


Gündəlik  neçə belə küçədə kimsəsiz qalan şəxslərə təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilərək xəstəxanaya aparılır. Müayinə və müalicə olunur. Bundan isə çox adam məlumatsızdır. Bir məqamı da qeyd edim ki, videonu paylaşan şəxs materialında göstərirdi ki, xəstəni sağ olsunlar gəldilər və apardılar. İndi isə hekayə bölməsində əməkdaşımızı çəkib, deyir ki, gəldilər material yığdılar və getdilər. Bizim materiala ehtiyacımız yoxdur. Çünki burda əməkdaşımız prosesi çəkir və bu təcili tibbi yardımda mövcuddur ki, proses iş fəaliyyətinə mane olmadan çəkilsin. 


Digər bir məsələ isə videonu çəkən şəxsin ixtiyarı yoxdur ki, bizim əməkdaşlarımızı iş başında icazəsiz çəksin. 


Azərbaycan Respublikasının Konstitusiyasında da göstərildiyi kimi şəxsin icazəsi olmadan onun video və fotosunun çəkilməsi qəti şəkildə qadağandır. Bu halda həmin şəxs məsuliyyət daşıyır.- deyə Nəzrin Adıgözəlzadə qeyd edib.

Xəbəri paylaş: