Aİ ölkələri Türkiyəyə PUA sifarişi verirlər

img

Bir sıra Avropa İttifaqı ölkələri Türkiyədən pilotsuz uçuş aparatları (PUA) sifariş edib.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Xüsusən də, Qərb ölkələri bir-birinin ardınca sifariş verirlər. Hansı ölkələr olduğunu deməyəcəyəm, amma Aİ ölkələrinin bizə bu cür sifarişlər verməsi bizi sevindirir”, - deyə Ərdoğan qeyd edib.

O xatırladıb ki, Türkiyə artıq öz peykini yaradıb və onu kosmosa göndərib, hazırda isə öz təyyarəsini yaradır.

Xəbəri paylaş: