Siyəzəndə ev yandı - xəsarət alan var

img

Siyəzən rayonunun Ərziküş kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Rezonans.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik talvar və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: