Bayden özünütəcriddən sonra Ağ Evə qayıdır

Bayden özünütəcriddən sonra Ağ Evə qayıdır

ABŞ prezidenti Co Bayden bu gün Ağ Evə geri qayıdacaq.

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, sonuncu dəfə ictimaiyyət qarşısına iyulun 17-də çıxan Bayden COVID-19 virusuna yoluxduğu üçün Delaverdəki evində özünü təcrid edib.

Dövlət başçısı noyabrın 5-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyi ilə bağlı bəyanatını da yazılı şəkildə verib. Ağ Evin açıqlamasına əsasən, iyulun 23-də prezidentin iş proqramı boşdur.

Daha əvvəl ABŞ-də səfərdə olacaq İsrailin baş naziri Benyamin Netanyahunun Co Bayden ilə iyulun 23-də görüşəcəyi bildirilsə də, iki liderin görüşü ilə bağlı dəqiq məlumat verilmir. Netanyahunun iyulun 25-i axşam saatlarında ölkəsinə qayıtması planlaşdırılır.

Xəbəri paylaş: