AMEA daha bir nüfuzlu beynəlxalq elmi quruma üzv seçilib

img

AMEA daha bir nüfuzlu beynəlxalq elmi quruma – Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) üzv seçilib. Bu münasibətlə təşkilatın rəhbərliyi adından AMEA-ya təbrik məktubu göndərilib.


Rezonans.az xəbər verir ki, məktubda deyilir:


“Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası (IAP) adından məmnuniyyətlə bildiririk ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) IAP İdarə Heyəti tərəfindən İAP üzvlüyünə qəbul edilib.


Tam üzvlük sertifikatı 2025-ci ildə keçiriləcək növbəti IAP Baş Assambleyası tərəfindən təqdim olunacaqdır. Bu müddət ərzində siz səsvermə istisna olmaqla, IAP-nin bütün fəaliyyətinə qoşula bilərsiniz və IAP-nin saytında Akademiyanızın öz profil səhifəsi olacaq. Xahiş edirik aşağıda müvafiq bölməyə keçidlə tanış olun: www.interacademies.org/network/member-academies

Zəhmət olmasa, IAP-nin internet saytında yerləşdirmək və qeydlərimizə daxil etmək üçün IAP Katibliyinə ([email protected]) aşağıdakı məlumatları təqdim edin:

- Akademiyanın loqosu (yüksək keyfiyyətli);

- Akademiya haqqında məlumat;

-  Hazırkı prezidentin adı və şəkli (yüksək keyfiyyətli);

-  Akademiyada əlaqələndirici şəxslərin adları və email ünvanları.

Hər hansı bir sualınız olarsa, zəhmət olmasa bizimlə əlaqə saxlayın.

IAP-nin işinə qoşulduğunuza görə, Akademiyanızı təbrik edirik. Sizinlə işləməyi səbirsizliklə gözləyirik. Uğurlar arzulayırıq.

Hörmətlə,

Ourania Kosti

İcraçı Direktor

Akademiyalarası Tərəfdaşlıq Assosiasiyası”.

Məlumat üçün bildiririk ki, AMEA 2023-2024-cü illərdə Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Avrasiya Universitetlər Birliyi kimi akademik qurumların da üzvü seçilib.

Xəbəri paylaş: