Türkmənistan ərzaq təminatı üçün 300 milyon dollar ayırdı

img

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov türkmən əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün 300 milyon dollar ayırmaq qərarına gəlib.

 

Rezonans.az xəbər verir ki, məlumatna görə, bu barədə ölkənin dövlət xəbər agentliyi məlumat yayıb.

 

Prezident bu qərarı Nazirlər Kabinetinin və Dövlət Təhlükəsizlik Şurasının birgə geniş iclasında elan edib.

 

İclasda Baş nazirin müavini Muhammetqulı Muhammedov əhalinin ərzaq məhsulları ilə fasiləsiz və optimal təminatı üçün müvafiq strukturlara vəsait ayrılmasını təklif edib. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası üçün 2023-cü il dövlət büdcəsində də kifayət qədər maliyyə vəsaiti də nəzərdə tutulur.

Xəbəri paylaş: