Rusiya hərbçiləri Donetsk Xalq Respublikasının İvano-Daryevka kəndini nəzarətə götürüblər.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"“Cənub” qoşun qruplaşmasının bölmələri fəal hərəkətlər nəticəsində Donetsk Xalq Respublikasının İvano-Daryevka qəsəbəsini azad edərək daha sərfəli mövqelər tutublar ”, - deyə hərbi idarənin “Telergam” kanalının yaydığı məlumatda bildirilir.