Dənizdə batan şəxsin meyiti tapıldı

img

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Rezonans.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbəri paylaş: