Şimali Koreya ABŞ-a raketlərlə cavab verdi

img

Şimali Koreya şərq sahilindən dənizə doğru səkkiz ədəd qısa mənzilli ballistik raket buraxıb.

Rezonans.az "Reuters"ə istinadən xəbər verir ki, bu, KXDR-in bu həcmdə ən böyük eyni vaxtda buraxılışıdır.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Pxenyandakı Sunan bölgəsindən 110 ilə 600 km arasında 25 ilə 90 km yüksəklikdə uçan ən azı 8 raketin atıldığını bildirib. 

Pxenyan raketləri Cənubi Koreya və ABŞ birgə hərbi təlimləri başa vurduqdan bir gün sonra atıb.

Bundan sonra Yaponiya Özünümüdafiə Qüvvələri Yaponiya və ABŞ-ın birgə hərbi təlimlər keçirdiyi barədə bəyanat yayıb. Cənubi Koreya isə Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Xəbəri paylaş: