2024-cü ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə suda boğulma hadisəsi ilə bağlı təcili tibbi yardıma 30 nəfərin müraciəti qeydə alınıb.
Rezonans.az xəbər verir ki, onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə həkimə qədər ölüm faktı qeydə alınıb.
Suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub.