İzmir sahillərində 196 qanunsuz miqrant saxlanılıb

img

Türkiyənin İzmir şəhərinin Urla, Seferihisar, Dikili və Foça rayonları sahillərində 196 qanunsuz miqrant saxlanılıb.

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Urla, Seferihisar və Dikili sahillərində rezin qayıqlarda qeyri-qanuni mühacirlərin olduğu barədə məlumatın ardınca bölgəyə qrup göndərilib.

Keçirilən əməliyyat nəticəsində 196 qanunsuz miqrant saxlanılıb, 64 qanunsuz miqrant xilas edilib.

Xəbəri paylaş: