İsmayıllıda çətənə kolu yetişdirənlər tutuldu

img

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: