Göygöldə qanunsuz tikintilərin qarşısı alındı

img

Növbəti monitorinq zamanı Göygöl rayonun Qızılqaya qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparılması faktı aşkar edilib.

Rezonans.az xəbər verir ki, aparılan tikinti işləri aidiyyəti şəxslər tərəfindən dayandırılaraq, söküntüsü təmin edilib.

Qeyd edək ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında Rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.

Xəbəri paylaş: