Mingəçevirdə gənc oğlan yaralandı - DİN-dən AÇIQLAMA

img

Mingəçevirdə gənc oğlan nəməlum şəraitdə ciddi bədən xəsarəti alıb.

Rezonans.az-ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində qeydə alınıb. 1990-cı il təvəllüdlü şəhər sakini Samir Soltanov massivdə kəsilmiş-deşilmiş yara xəsarəti ilə xəstəxanaya çatdırılıb.Durumunun ciddiliyi nəzərə alınan yaralı dərhal əməliyyat olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan Rezonans.az-a verilən məlumata görə, hadisənin səbəbləri hələki tam məlum deyil və araşdırma aparılır.

Xəbəri paylaş: