Parlament seçkilərinə görə bu qədər seçki bülleteni çap ediləcək

img

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək.

Rezonans.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

Seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı və digər zəruri məlumatlar əksini tapacaq.

Xəbəri paylaş: