Rusiya gəmisi bu ölkənin dəniz sərhədlərini pozdu

img

Rusiya gəmisi Finlandiyanın dəniz sərhədlərini pozmaqda şübhəli bilinir. 

Rezonans.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyindəki mənbə açıqlayıb. 

"Söhbət Rusiyanın “Mixail Kazansky” tədqiqat gəmisindən gedir", - deyə qeyd olunub. 

Nazirlik rəsmisi gəminin Haminadan cənubda yerləşən Finlandiya ərazi sularına daxil olduğunu iddia edir: "Sərhəd keçidi sərhədçinin müşahidə sistemləri vasitəsilə qeydə alınıb. Gəmi sahil mühafizəsi patrulu tərəfindən də müşahidə edilib. Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, gəmi təxminən 1,2 dəniz mili qət edib". 

Xəbəri paylaş: