TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarə olunması şöbəsinin dəstəyi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Təlim Mərkəzində tibbi heyət üçün təşkil olunan təlimlər davam edir.
Rezonans.az xəbər verir ki, təlim Mərkəzində təlimçi kardioloq Arzu Qurbanova tərəfindən təcili tibbi yardım həkimləri üçün "Ürəyin işemik xəstəlikləri zamanı elektrokardioqramma (EKQ) lentalarının oxunuşu, diaqnostikası və ilkin tibbi yardım" mövzusunda nəzəri və praktik hissələrdən ibarət növbəti təlim keçirilib.
Təlim müddəti ərzində "Kəskin koranar sindrom", "Miokard infarktı", "Kəskin ritm pozğunluqları" haqqında məlumat verilib.
Təlimin həyata keçirilməsində məqsəd tibbi heyətin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsidir.