Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Rezonans.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı Səməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.