Hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyi Venesuelada keçirilən prezident seçkilərinin ardınca etirazlar ölkənin paytaxtına yaxın olan La Quayra ştatına da yayılıb.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, burada nümayişçilər Venesuelanın keçmiş prezidenti Uqo Çavesin heykəlini söküb yandırıblar.
Qeyd olunur ki, prezident seçkilərində 51,2% səs toplayan Maduro Çavesin davamçısıdır.
Etirazçılar yuxarıda adı çəkilən Venesuela əyalətində şinləri yandıraraq barrikadalar qurmağa başlayıblar. Seçkilərin nəticələri ilə razılaşmayanlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar da qeydə alınıb.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopezin məlumatına görə, Karakasda iğtişaşlar zamanı 23 hərbçi yaralanıb. Onların bəziləri güllə yarası alıb.