Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, rayon sakini Elviz Salmanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, E. Salmanovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş, ümumi çəkisi 6 kq 800 qram olan narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.
Bundan başqa E. Salmanovun yaşadığı evdən qurudulmuş marixuana, həşiş də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.