Sel sularının yolda yaratdığı çətinlik aradan qaldırılıb - VİDEO

img

Ötən gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Goranboy rayonu Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatına ziyan vurub.

Bu barədə Rezonans.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilir ki, sel suları nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti çətinləşib, yol çiyinləri yuyulub.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasizləsizliyi təmin olunub.

Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Xəbəri paylaş: