HƏMAS lideri Tehranda ÖLDÜRÜLDÜ

img

"HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Rezonans.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Belə ki, bu gün səhər saatlarında “HƏMAS” rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.

Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Xəbəri paylaş: