Türkiyədə cinayətkar dəstənin üzvləri həbs edildi

Türkiyədə cinayətkar dəstənin üzvləri həbs edildi

Türkiyənin Daxili işlər Naziri Ali Yerlikaya İstanbulda iş yerlərini atəşə tutan mütəşəkkil cinayətkar qrup üzvlərindən şübhəli şəxslərin saxlanıldığını bildirib.

Rezonans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun 9 rayonunda keçirilən “KUYU-14” əməliyyatlarında rəhbərlərinin xaricdən yönləndirdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri olan 1️5️ şübhəli şəxs saxlanılıb. Saxlanılan şübhəlilərin 14-ü həbs olunub, 1 nəfər ilə bağlı əməliyyatlar davam edir.

Bu şəxslər İstanbulda 10-dan çox iş yerini atəşə tutmaqda ittiham olunurlar.

Xəbəri paylaş: