Müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatdı

img

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb.

Rezonans.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

"Vətən qarşısında müqəddəs borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edir və xidmətdə uğurlar arzulayırıq"- məlumatda bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 20-də imzaladığı Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Xəbəri paylaş: