Ağdaşda avtomobil idarəetmədən çıxaraq ağaca çırpıldı - Ölən var

img

Ağdaş rayonunda  avtomobil idarəetmədən çıxaraq qəza törədib,

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbəri paylaş: