İsrail ordusu Qəzza zolağına hücumu zamanı "Al Jazeera" telekanalının müxbiri İsmayıl əl-Gül və operator Rami ər-Rifi həyatlarını itiriblər.
Rezonans.az xəbər verir ki, fələstinli jurnalist İsmayıl əl-Gülün sonuncu hazırladığı reportaj gündəm mövzusu olub. O, Tehranda öldürülən HƏMAS lideri İsmayıl Haniyənin Qəzzadakı evinin dağıntılarından material hazırlayıbmış. Jurnalist və operatorun hadisədən bir gün sonra öldürülməsi diqqət çəkib.
Bu hücumla da Qəzza zolağında İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 165-ə yüksəlib.